"Bankların sağlamlaşdırılması üzrə işlər həyata keçirilməlidir” DEPUTAT

"Bankların sağlamlaşdırılması üzrə işlər həyata keçirilməlidir” DEPUTAT

"Bank rəhbərləri ilə Milli Məclisdə görüşlər keçirməliyik". SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının illik hesabatı haqqında" məsələnin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

27 aprel 2020-ci ildə Mərkəzi Bank tərəfindən 4 bankı inzibatçı təyin edilməsi, daha sonra 2 bankın lisenziyalarının ləğv edilməsi ilə bağlı məlumatın yayıldığını xatırladan deputat söyəyib ki, həmin banklarda hazırda əmanətlər 850 milyon manata qədərdir: "Bu əmanətlərin qaytarılması ya dövlət büdcəsindən, ya da Mərkəzi Bankın vəsaitlərindən istifadə etməklə olacaq. "AtaBank"ın fəaliyyətinin hesab edirəm ki, aidiyyəti qurumlar araşdıracaq. Amma digər banklarla bağlı işlər görmək olardı. Sədrdən xahiş edirəm ki, bank rəhbərləri ilə Milli Məclisdə görüşlər təşkil olunsun. Bu, təkcə Mərkəzi Bankın rəhbəri ilə olmalı deyil. Bankların bağlanmasından daha çox onların sağlamlaşdırılması üzrə işlər həyata keçirilməlidir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə