Azərbaycan İƏT-ə üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib

Azərbaycan İƏT-ə üzv ölkələrdən ən çox Türkiyəyə məhsul göndərib

Cari ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Əfqanıstan qərarlaşıb. SİA-nın verdiyi məlumata görə, Türkiyəyə ixracın dəyəri 350,6 milyon dollar, Tunisə 119 milyon dollar, Əfqanıstana isə 12,1 milyon dollar təşkil edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən Tunisə ixracın dəyərində artım, Türkiyə və Əfqanıstana isə azalma müşahidə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə