"Rusyada sorğu ilk dəfə olaraq telefon zəngləri vasitəsilə aparılıb" ÖZƏL-MÖVQE
"Rusiyada Mərkəzi Bankın sifarişi ilə sahibkarlar və özünəməşğul əhali arasında sorğu keçirilib. Sorğunun məqsədi koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq edilən karantin tədbirlərinin sahibkarlıq subyektlərinə vurduğu zərəri qiymətləndirmək olub". Bunu SİA-ya iqtisadçı Samir Alıyev deyib.
İqtisadçının sözlərinə görə, sorğu nəticəsində məlum olub ki, rəyi soruşulan sahibkar və özünəməşğul əhalinin 75%-i məhdudlaşdırıcı tədbirlərdən zərər görüblər: "Sorğuda 1560 respondent iştirak edib və ilk dəfə olaraq telefon zəngləri vasitəsilə aparılıb. Bu vaxta qədər inflyasiya gözləntiləri və istehlakçı əhvalının qiymətləndirilməsində canlı müsahibə metodu tətbiq edilib. Özünüizolyasiya tədbirləri sorğu şirkətini bu dəfə alternativ metoda – telefon vasitəsilə rəyi öyrənməyə sövq edib.
Sorğu göstərib ki, rəyi soruşulan sahibkar və özünəməşğul əhalinin 41%-i fəaliyyətini son 3-4 həftədə tam dayandırırblar, 33%-i isə gəlirlərinin bir hissəsini itiriblər. Bununla yanaşı 10% respondent hsa edib ki, fəaliyyətlərinin yaxın 3-4 ayda bərpa edə bilməyəcəklər, 21%-i isə gəlirlərinin artırılmasına ümidini açıqlayılar.
Digər tərəfdən mart ayında işini itirənlərin payı cəmisi 2% olub. Bundan başqa respondenlərin 10%-i son ay ətrafında ən azı 5 nəfərin işini itirdiyini eşitdiklərini qeyd etsələr də 70%-i ümumiyyətlə bu barədə eşitmədiyini bildirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB