Mayın 1-dən qüvvəyə minəcək OPEC + neft hasilatının azaldılması sazişi neftin dünya bazarında qiymətinin bir qədər sabitləşməsinə kömək edəcək. SİA-nın xəbərinə görə, bunu Rystad Energy-nin baş analitiki Kristofer Peydj açıqlayıb.
O bildirib ki, WTI markalı neftlə bağlı yaşananların növbəti dəfə təkrarlanması gözlənilmir: "Ötən gün gördüklərimiz anbarların demək olar ki, dolu olması və koronavirus səbəbindən tələbin düşməsi ilə izah edilir. Satıcılar göstərilən müqavilə üzrə neftin fiziki tədarükünə görə təzyiq altında qaldıqları üçün nefti mənfi qiymətlərlə satdılar".
Analitik qeyd edib ki, yaxın iki ayda neftə olan tələb tədricən bərpa ediləcək.
Onun sözlərinə görə, apreldə əldə edilən OPEC + neft hasilatının azaldılması sazişi də bu iş də öz rolunu oynayacaq: "Tələbatın bərpa olunacağına inanırıq. Bu, iyun və iyul aylarında icra ediləcək müqavilələrə təsir göstərəcək. Mayın 1-də qüvvəyə minəcək OPEC + sazişi də bazarların bir az da olsa sabitləşməsinə kömək edəcək".
Xatırladaq ki, ötən gün WTI markalı neft (may ayında çatdırılma ilə) tarixdə ilk dəfə olaraq mənfi dəyərə düşərək NYMEX əmtəə bazarında qiyməti bir barel üçün mənfi 40,32 dollara çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB