"Texas Light sweet" markalı neftin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb
"West Texas Intermediate" (WTI və Texas Light sweet) markalı neftin may füçerslərinin dəyəri tarixdə ilk dəfə mənfiyə düşüb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Nyu-York ticarət birjasının yeni dövriyyəsinin nəticələrində əks olunub.
May ayında tədarük qiymətləri 162 faiz düşərək bir bareli -13,98 dollar olub. Londonun ICE birjasında isə qiymət 104 faiz düşərək -0,75 dollar təşkil edib.
Belə görünməmiş qiymətlər çərşənbə axşamının bu neftin satışının son günü olacağı ilə izah olunur. Eyni zamanda, bu xammal nefti saxlayacaq yer yoxdur - tələb kəskin şəkildə aşağı düşüb və saxlanc yerləri, demək olar ki, doludur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB