İqtisadiyyat naziri: "İndiyədək 22 min 949 fərdi sahibkara maliyyə dəstəyi göstərilib"

İqtisadiyyat naziri: "İndiyədək 22 min 949 fərdi sahibkara maliyyə dəstəyi göstərilib"

İndiyədək 22 min 949 fərdi sahibkara maliyyə dəstəyi göstərilib.

SİA xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesinin uğurla getdiyini, prosesin onlayn keçirildiyini bildirən nazir qeyd edib: “İzahedici videoçarxlar, “Qaynar xətt” fəaliyyət göstərir. Bu günə olan rəqəmlər bundan ibarətdir ki, artıq 11 min 567 vergiödəyicisinə - toplam sayda 123 min 343 nəfər muzdlu işçisi olan müəssisələrə və 22 min 949 fərdi sahibkara Maliyyə Nazirliyi və agent banklar vasitəsilə maliyyə dəstəyi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə