Dünyanın kasıb ölkələrə bir illik borcunu təxirə salma qərarı - Covid-19
Covid-19 epidemiyası səbəbiylə qlobal iqtisadiyyat tarixindəki ən əhəmiyyətli böhranlardan birini yaşayarkən, G20 ölkələri böhrandan ən çox təsirlənən ölkələrin borclarının bir il müddətinə dayandırıldığını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirən G20 toplantısında, COVID-19-un səbəb olduğu səhiyyə və iqtisadi böhranla mübarizə üçün "bütün mövcud siyasət vasitələrindən" istifadə edəcəyinə söz verilib.
Dünən videokonfrans vasitəsilə bir araya gələn G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərləri görüşdən sonra ortaq bir açıqlama veriblər.
Açıqlamada, kasıb ölkələrin borclarının geri qaytarılmasının dayandırılmasının dəstəkləndiyi vurğulanıb və kreditor ölkələrin də daxil olduğu Paris Klubu tərəfindən qəbul edilən borc xidmətinin dayandırılmasına cəhd edilməsinə razılaşdırılmış bir yanaşmanın edildiyi aydın olub.
Bütün qanuni sənədlərə və iş prosedurlarına uyğun olacaq bütün ikitərəfli rəsmi kreditorların bu təşəbbüsdə iştirak edəcəyi ifadə edilərək, özəl kreditorları da təşəbbüsə qoşulmağa çağırılıb.
G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərləri yeni növ koronavirusun yayılması ilə mübarizədə ehtiyatlı olmağa davam etdiklərini və lazım olduqda əlavə tədbirlər görməyə hazır olduqlarını bildiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB