"Kölgə iqtisadiyyatının aradan qaldırılması ciddi tədbirlərin nəticəsidir" ÖZƏL- AÇIQLAMA

"Kölgə iqtisadiyyatının aradan qaldırılması ciddi tədbirlərin nəticəsidir" ÖZƏL- AÇIQLAMA

"Əsas gəlir mənbələri sırasında qeyri-neft sektorunun payı, şəffaflığın artırılması, vergilərdən yığılmalar və Dövlət Gömrük Komitəsindən daxil olan gəlirlər vəsaitin əsas hissəsini təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyevin toxunduğu məsələlərlə bağlı danışarkən deyib.

O bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə birinci rübün yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbəri geniş nitq söylədi və vurğuladı ki, dünyada baş verən koronavirus pandemiyasından Azərbaycan iqtisadiyyatı da təbii ki, zərər görür lakin, vaxtında atılmış addımlar nəticəsində ölkəmizin bu vəziyyətdən daha az zərərlə çıxması bu gün göz qabağındadır: "Dünyanın ən inkişaf etmiş ölkələri dövlət rəhbərimizin tapşırığı ilə atılan addımları ölkələrində tətbiq edirlər. Çünki bunun effektini artıq Azərbaycan görüb. Təbii ki, Prezidentimiz bir daha vurğuladı ki, pandemiya dünya iqtisadiyyatına çox mənfi təsir edir, Azərbaycan da dünyanın bir parçası kimi bütün bunlardan sığortalanmayıb. Atılan addımlar bunu göstərir ki, Azərbaycan daha az itki ilə bu koronavirus pandemiyasından çıxacaq. İlk növbədə söhbət insan təlafatından və ölkə iqtisadiyyatından gedir. Ölkə Prezidenti də vurğuladı ki, ötən il dövlət büdcəsinə 1 milyard manat əlavə gəlir daxil olub, bu il isə təkcə birinci rübdə 300 milyon manata yaxın əlavə gəlir daxil olub".

Millət vəkili vurğulayıb ki, ölkə Prezidenti 2018-ci ilin aprel ayının 11-də keçirilən Prezident Seçkilərindən sonra andiçmə mərəsimində verdiyi anonsunda, burada kadır islahatlarından, struktur islahatlarından və bütün sahələrdəki mövcud islahatlardan söhbət gedirdi və bunun effektinin artıq ötən ildən bu yana göründüyünü Prezident vurğuladı: "Qeyd edək ki, əsas gəlir mənbələri sırasında qeyri-neft sektorunun payı, şəffaflığın artırılması, vergilərdən yığılmalar və Dövlət Gömrük Komitəsindən daxil olan gəlirlər vəsaitin əsas hissəsini təşkil edir. Həm kölgə iqtisadiyyatının aradan qaldırılması, həm də iqtisadiyyatın daha geniş sahələrinin əhatə olunması, ölkəmizdə bir neçə bölgələrdə sənaye və kimya parklarının salınması da bir daha bu istiqamətdə atılmış ciddi tədbirlərin nəticəsidir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə