OPEC+ razılaşması neftin qiymətinə təsir edəcəkmi? EKSPERT RƏYİ

“OPEC+ ölkələrinin neftin gündəlik hasilatını 10 milyon barel həcmində azaltması neftin qiymətinin sabit qalmasına kömək edəcək. Lakin qərar bazardakı xammalın artıqlığını tamamilə aradan qaldırmayacğından neftin dünya bazarındakı qiyməti yalnız qısa müddətli arta bilər”. SİA-nın xəbərinə görə, bunun Moody's-ın vitse-prezidenti Artem Frolov açıqlamasında bildirib.

“Dünyada koronavirus pandemiyasına görə, neftə olan təlabatın azalması qiymətlərin kəskin şəkildə aşağı düşməsinə səbəb olub. OPEC+ ölkələrinin gündəlik hasilatın azaldılması bazarda neftin miqdarını azaldacaq, neftlə bağlı ümumi problemi aradan qaldırmayacaq. Ona görə də, razılaşma neft qiymətlərini dəstəkləsə də, yaxın gələcəkdə qiymətin yenidən ucuzlaşmasına səbəb olacaq. Gələcək qiymət dinamikası pandemiya ilə bağlı vəziyyətinin inkişafı və neftə tələbatın bərpa sürətindən asılı olacaq”,- deyə o qeyd edib.

Qeyd edək ki, OPEC+ ölkələri may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6 085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3 915 milyon barel müəyyən edilib. Eyni zamanda İran, Venesuela və Liviya əməliyyatdan xaric ediləcək.

Qeyd edək ki, bu gün G20 enerji nazirliyi rəhbərlərinin fövqəladə iclası keçirilməlidir. Görüşdə neft bazarındakı vəziyyətin sabitləşməsi məsələsi müzakirə ediləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə