Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Bu barədə SİA-ya Mərkəzi Bankdan məlumat verilib.

Hərracda dollara tələb aprelin 7-nə nisbətən 12,2 milyon ABŞ dolları və ya təqribən 18,2% azalaraq 55 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Valyuta hərracında manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...