Gürcüstanda dollar bahalaşdı

Gürcüstanda ABŞ dolları bahalaşıb. SİA xəbər verir ki, Gürcüstanın Milli Bankının martın 14-nə olan məzənnəsi 1 dollar 2,9942 lari səviyyəsində müəyyən edilib.

Belə ki, lari ötən günə nisbətən dollarla müqayisədə 0,0448 lari bahalaşıb.

Ölkədə avronun da dəyəri artıb. 1 avronun qiyməti 0,0276 lari bahalaşaraq 3,3421 larini təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə