Rusiya Səudiyyə Ərəbistanına meydan oxuyur Neft ucuzlaşır!

Rusiya Səudiyyə Ərəbistanına meydan oxuyur Neft ucuzlaşır!

Rusiya Avropa bazarına çıxartdığı neftin qiymətini azaldacaq. SİA xəbər verir ki, bu barədə Dmitri Marinçenko məlumat verib. Belə ki, o bildirib ki, Rusiya Avropa bazarında payına itirməmək üçün belə bir addım atmalı olacaq. Tədricən bazarda rəqabətə tab gətirə bilmək üçün Rusiya neft qiymətlərini aşağı salacaq.

Qeyd edək ki, OPEK+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı iclas nəticəsiz olaraq yekunlaşmışdı. İclasda Rusiya neft hasilatının azaldılması ilə bağlı təklifi qəbul etmədiyi üçün hazırda neft sürətlə ucuzlaşmaqdadır. Səudiyyə Ərəbistanı isə ucuz neft hasilatını yüksəltməklə bazarları əlində saxlamağa çalışır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə