"Neftin ucuzlaşmasından narahat olmağa dəyməz" EKSPERT RƏYİ-ÖZƏL

"Neftin ucuzlaşmasından narahat olmağa dəyməz" EKSPERT RƏYİ-ÖZƏL

“Hazırda neftin dünya bazarında qiymətlərinin 40 ABŞ dollarından aşağı düşməsi faktorunun 2015-2016-cı illərdəki qədər ölkə iqtisadiyyatımıza təsir etmək gücü yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, əvvəla, neftin dünya bazar qiymətlərinin birbaşa olaraq dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur: “İkincisi də, neft faktorunun büdcəmizdə rolu 2015-2016-cı illər ilə müqasiyədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə desəm, qeyri-neft sektorunun gəlirləri artıb. Üçüncüsü isə, keçən ildən etibarən, ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Və bunun nəticəsində, neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub”.

Ekspert qeyd edib ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq 1 milyard manatdan artıq vəsait cəlb olunub: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də, kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək. Odur ki, neftin ucuzlaşmasından o qədər də narahat olmağa dəyməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə