Avstriyanın Vyana şəhərində keçirilən görüş zamanı OPEK üzv ölkələrin nazirləri OPEK+ sazişi çərçivəsində neft hasilatını azaltmaq haqda qərara gəliblər. SİA xəbər verir ki, koronavirus təhlükəsi ilə əlaqədar neftin sutkada 1,5 milyon barel azaltılmasına qərar verilib.
Bununla bağlı yekun qərar hələ ki, qəbul edilməyib. Yekun qərar Rusiyanın bu razılaşmaya qoşulub-qoşulmamasından asılı olacaq.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında əldə edilən qərara əsasən Azərbaycanın öhdəsinə düşən 7 min barel ümumi 500 min barelin 1,4 faizini təşkil edir. Bu hesabla ümumi hasilat 1,5 milyon barel daha azaldılsa 1,4 faiz nisbəti ilə götürülsə Azərbaycanın payına 21 min barel düşəcək və ümumi hesabla Azərbaycan neft hasilatını 48 min barel azalda bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB