OPEC+ ölkələri neftin qiymətini müzakirə etmək üçün toplaşacaqlar. SİA xəbər verir ki, toplantı 4-6 mart tarixlərində Vyanada baş tutacaq.
İclasda müzakirə olunacaq əsas məsələ neftin bir barelinin qiymətininin 60 dolların üst səviyyəsinə çıxarılması olacaq. Bunun üçün neft hasilatın nə qədər azaltılacağı müzakirə olunacaq.
Koronavirus səbəbiy ilə OPEK+ nazirləri danışıqları Vyanada ciddi təhlükəsizlik tədbirləri fonunda aparacaqlar.
Qeyd edək ki, axırıncı belə bir görüş üzrə gündəlik neft hasilatı 500 min barrel azaldılmış və Azərbaycanın öhdəliyinə 27 min barrel düşmüşdü.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB