Koronavirusla mübarizəyə 19 milyard dollar ayrıldı Dünya Bankı
Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizə üçün ilkin olaraq 12 milyard dollar ayırdığını açıqlayıb. SİA-nın məlumatına görə, DB inkişaf etməkdə olan ölkələrə "insanların epidemiyadan qorunması üçün səhiyyə sisteminin, xəstəliklərə nəzarətin, ictimai səhiyyə sahəsində tədbirlərin və iqtisadiyyata təsirin azaldılması məqsədilə özəl sektorla əməkdaşlığın gücləndirilməsinə kömək edəcək".
Yardım Dünya Bankına daxil olan təşkilatların – Beynəlxalq İnkişaf Assosiasiyasının, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq maliyyə korporasiyasının xətti ilə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB