Koronavirus Azərbaycanlı milyarderi də vurdu

Koronavirusa görə dünyanın ən zəngin insanları 139 milyard dollar itiriblər. SİA xəbər verir ki, bu məlumatı "Blumberq" agentliyi yayıb. Ən zəngin insanların bu qədər vəsaiti 2016-cı ilin oktyabrından bu yana ilk dəfə itirdiyi vurğulanıb.

Fond indeksindəki geriləməyə görə "Amazon" rəhbəri Cef Bezos 4,8 milyard dollar itirib. Eyni miqdar itki ilə Bernar Arno da üzləşib. İtki ilə üzləşənlər arasında "Zara" rəhbəri Amansio Orteqi (4 milyard dollar), Mark Zukerberq (3,48 milyard dollar), Larri Peyc (2,7 milyard dollar) də yer alıb.

Siyahıda Vahid Ələkbərov da var. O, fond indekslərinin düşməsi ucbatından 1,21 milyard dollar itirib.

Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanlı milyarder, iqtisad elmləri doktoru və Rusiyanın "LUKoyl" neft şirkətinin prezidentidir. (axar.az)

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə