"Azərbaycan hökuməti vacib, maraqlı və faydalı islahatlar həyata keçirir" - AÇIQLAMA

"Bu tədbir bizim üçün çox önəmlidir. Biz Azərbaycan hökuməti ilə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar yaxından işləyirik". SİA-nın məlumatına görə, bunu açıqlamasında USAID-in Azərbaycandankı missiya direktoru Cey Sinqx deyib.

Cey Sinqx bildirib ki, Azərbaycan hökuməti vacib, maraqlı və faydalı islahatlar həyata keçirir və biz də həmin islahatları dəstəkləmək istəyirik: “Məhz bütün bunların çərçivəsində peşəkar biznes assosiasiyaları ilə işləmək istəyirik və onlara dəstək verəcəyik. Biz ABŞ-Azərbaycan Ticarət Palatası kimi Azərbaycanda bu cür assosiasiyaları təşviq etmək istəyirik ki, bunun kimi təşkilatlar Azərbaycanın bütün ərazilərində, xüsusən də regionlarda yaradılsın və özəl sektorun nümayəndələri bir araya gələrək bu cür assosiasiyalarda birləşib öz məqsdələrinə nail olsunlar, öz problemlərini qaldımağı bacarsınlar və hökumətlə bu istiqamətdə işləyə bilsinlər. Bu cür assosiasiyaların əlbəttə ki, bir çox güclü tərəfləri olur. Onlar kiçik və böyük fermerlərlə bir araya gələrək daha çox ixraca nail ola bilirlər. Biz də bu istiqamətdə olan işləri dəstələmək istəyirik. Çünki bu sahələr Azərbaycanın qeyri-neft sektorunda inkişafına dəstək göstərir və biz çox şadıq ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə çalışa bilirik”.

C.Sinqx vurğulayıb ki, ABŞ-Azərbaycan Ticarət Palatası, eyni zamanda Azərbaycanda Amerika Ticarət Palatası ilə birgə Amerikaya iki ticarət missiyası təşkil etmişik: “Biri Amerikanın İllinoys ştatında, digəri isə Oklahoma ştatında kənd təsərrüfatı forumları keçirilib. Bu cür səfərlərin çox olmasını istəyirik. Çünki, Amerikada biznes assosiasiyaları formalaşmağı çox xoşlayırlar və çox istəyirik ki, Azərbaycanda da bu cür proseslər getsin. Mən ümid edirəm ki, bu istiqamətdə biz Azərbaycan hökumətinin bir çox qurumları ilə, xüsusən də Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri kimi qurumlarla çalışacağıq və KOBIA vasitəsi ilə məsələn turizm, İT sahəsində olan assosiasiyalara dəstək göstərəcəyik. Qeyd etmək istəyirəm ki, biz son 5 il ərzində kənd təsərrüfatına 11 milyon dollar sərmayə qoymuşuq. Bunun nəticəsində Azərbaycan fermerləri və kənd təsərrüfatı müəssisələri 75 milyon dollar ixraca nail ola biliblər. Bu o deməkdir ki, bizim qoyduğumuz hər dolların əvəzində biz 7,5 dəfə geriyə dönüş görmüşük”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə