Proqramların idarə olunması və monitorinqinin aparılması üçün elektron baza yaradılacaq

Proqramların idarə olunması və monitorinqinin aparılması üçün elektron baza yaradılacaq

Donorlar və dövlət qurumlarının göstərdiyi yardımlarla həyata keçirilən proqramlar barədə bütün məlumatlar toplanacaq və virtual beyinə malik bazada yerləşdiriləcək. SİA-nın məlumatına görə, bu sözləri İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev deyib.

 

O, qeyd edib ki, bu proqram Koreyanın təklifi ilə həyata keçiriləcək: "Bu baza proqramların idarə olunması və monitorinqinin aparılmasına kömək edəcək, həmçinin boşluqların və ziddiyyətlərin aradan qaldırılması üçün analizlər aparılacaq. Müxlətif dövlət orqanları, aidiyyatı qurumlar bu bazaya azad giriş hüququ əldə biləcək, mövcud layihələr çərçivəsində fəaliyyətləri qiymətləndirəcək və həyata keçirilən layihələrlə bağlı hesabatları dəyərləndirəcəklər".

 

Şöbə müdiri bildirib ki, hal-hazırda bazanın hazırlanması üçün model hazırlanır. S.Babayev bundan sonra hökumət tərəfindən müvafiq addımların atılacağını və bazanın reallaşacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə