2011-ci il mart ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1912 ədəd olub. Mərkəzi Bankın Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 198 ədəd çoxdur. Cari ilin martın 1-nə bankomatların 1065-i Bakı şəhərində, 847-si isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 7983 ədəd olub. Cari dövrdə pos-terminalların 7175-i Bakı şəhərində, 808-i isə digər regionlarda yerləşir.
2011-ci il mart ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 4 milyon 284 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 57 min ədəd olub. Onlardan 95%-i debet kartlarının payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB