ARDNŞ Rumıniyada 300-ə qədər yanacaqdoldurma məntəqəsi tikəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2-3 il ərzində Rumıniyada 300-ə qədər yanacaqdoldurma məntəqəsi tikməyi planlaşdırır və bu şirkətin strateji planıdır. SİA-nın məlumatına görə, bu sözləri ARDNŞ-in prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. Şirkətin Ukraynada inşa etdiyi yanacaqdoldurma stansiyaların artıq fəaliyyətə başladığını diqqətə çatdıran R.Abdullayev bu işin davam etdirildiyini vurğulayıb.
Şirkət prezidenti Türkiyənin İzmir şəhərində neft emalı zavodunun tikintisinə hazırlığın davam etdirildiyini dilə gətirib. Zavodda ilk məhsulların hazırlanmasının 2013-cü ilin sonuna nəzərdə tutulduğunu qeyd edən R.Abdullayev sözügedən layihənin həyata keçirilməsi üçün maliyyə təşkilatları ilə danışıqların davam etdirildiyini və ilin ortalarında zavodun təməlinin qoyulacağını söyləyib: "Bu zavodun Aralıq dənizində olması bizə imkan verir ki, Türkiyə, Rumıniya və digər dəniz ətrafı ölkələrində neft məhsullarını satmaq üçün yanacaqdoldurma məntəqələrini tikək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB