Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 2019-cu il ərzində 48,113 mln. manat həcmində sığorta haqqı yığılıb. SİA Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən xəbər verir ki, hesabat ilində şirkətlər bu sığorta növü üzrə cəmi 3,101 mln. manat həcmində ödəniş həyata keçiriblər.
AMB-nin açıqladığı hesabata əsasən, icbari həyat sığortası üzrə yığımlar 2018-ci il ilə müqayisədə 36% artıb. Bu müddətdə ödənişlərin həcmində isə əksinə 1,1% azalma qeydə alınıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB