İnkişaf və tərəqqi yoldan başlayır - ŞƏRH

İnkişaf və tərəqqi yoldan başlayır - ŞƏRH

Prezident İlham Əliyev: "Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir"

Prezident İlham Əliyev fevralın 5-də "Balakən rayonunun Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi (155 km)-Qullar-Tülü-Talalar-Şərif-Acılıqbinə-Qaysa avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Dövlət başçısının mütəmadi olaraq, nəinki avtomobil yollarının, həmçinin digər sahələrin də inkişaf etməsin vəsaiti ayırır. Qeyd etdiyimiz növbəti Sərəncam da bunun təsdiqidir. Budur, Prezident İlham Əliyevin ən böyük amalı. Ötən 16 ildə bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Ümumiyyətlə, son 16 il ölkə həyatı üçün, o cümlədən yol infrastukturu sahəsində böyük uğurlar əldə olunub.

Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.

Son 16 ildə ölkə ərazisində 16 min 700 km yol salınıb

Dünyanın 141 ölkəsi arasında belə yüksək nəticənin əldə olunması son illər Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan yol infrastrukturunun genişləndirilməsi və təkmilləşdirilməsi işlərinin məntiqi nəticəsidir.

Bu günlərdə DAVOS İqtisadi forumunda 14-cü dəfə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi görüşlərdə müxtəlif sferalara, o cümlədən, tranzit potensialının reallaşdırılmasına, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən enerji sahəsində qlobal əhəmiyyətli layihələrin icrasına aid məsələləri müzakirəsi zamanı Azərbaycanda kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Prezident ölkəmizdə inkişafın yeni mərhələsində həyata keçirilən iqtisadi islahatlardan söz açıb. Onların əsas məzmunu, mahiyyəti və məqsədləri barədə geniş fikir mübadiləsi aparıb. Bu sırada informasiya-kommunikasiya texnologiyalarının tərəqqisinin prioritet sahələrdən biri olduğunu dövlət başçısı ayrıca vurğulayıb.

Bu məqamı xüsusi olaraq vurğulamaq istərdik ki, şirkət rəhbərləri Azərbaycanda reallaşdırılan islahatların əsl mahiyyətini yaxşı anlayırlar. Əslində, bu məsələ "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" adlı sessiyada öz konkret ifadəsini tapıb. Belə ki, müasir infrastrukturun yaradılması ilə bağlı verilən sualı Prezident İlham Əliyev lakonik cavablandırıb.

Dövlət başçısı ifadə edib: "Müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. Düşünürəm ki, biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni, daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük".

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir. Bu sözlərlə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini diqqətə çatdıran dövlət başçımız öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat və müasir yol şəbəkəsi təqdim edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Bir sözlə, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə