Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 5-də 61,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel çoxdur.

SİA-nın məlumatına görə, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 53,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 54,86 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə