Azərbaycan yanvar-fevral aylarında 172,219 milyon dollar məbləğində neft məhsulları ixrac edib
Yanvar-fevral aylarında Azərbaycan 172,219 milyon dollar məbləğində 257,018 min ton neft məhsulları ixrac edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, 2010-cu il ərzində Azərbaycan 1254648,1 min dollar məbləğində 2,21 milyon ton neft məhsulları ixrac edib. Neft məhsullarının ixracında Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin payına 82,86 faiz (1863303,7 ton) düşüb. "Ilqar LTD"nin payına isə neft məhsullarının ixracının 8,13 faizi 182925,2 ton) düşüb. "Azərneftyağ" İstehsalat Birliyi bütün neft məhsullarının 4,04 faizini ixrac edib. Onun həcmi 907775,1 ton təşkil edib.
Eyni zamanda cari ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə 140,435 milyon manat köçürülüb. Həmin məbləğin 32,066 milyon manatı gömrük rüsumları, 101,162 milyon manatı əlavə dəyər vergisi hesabına başa gəlib. Aksiz vergilərindən 5,527 milyon manat, yol vergilərindən isə 1,678 milyon manat daxil olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB