Cari ildə 6 "ASAN Xidmət" mərkəzi açılacaq

"Bu il 6 "ASAN Xidmət" və bir "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir". SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ülvi Mehdiyev qeyd edib ki, Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında "ASAN xidmət" mərkəzlərinin, eyni zamanda, Bakıda iki "ASAN xidmət" və bir "ASAN Kommunal" mərkəzlərinin açılması nəzərdə tutulub.

Agentlik sədri Qubada "ABAD" qablaşdırma fabriki açılacağı barədə vurğulayıb.

Ü.Mehdiyev startaplarla bağlı da məlumat verib və qeyd edib ki, ötən il 85 startap tədbirinə 5500-dən çox iştirakçı qatılıb.

"Startaplara bu günə qədər 830.000 manat investisiya cəlb edilib ki, bunun da 25 faizi xarici investisiyalardır", deyə Agentlik sədri bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...