Ötən il məmnunluq səviyyəsi 99,3 faiz olub

2019-cu il ərzində 920 mindən çox “ASAN Viza” verilib. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Agentlik sədrinin sözlərinə görə, ümumilikdə, bu günə qədər 1 877 835 viza verilib ki, onlardan da 619 249-u hava limanında verilən vizadır.

Ülvi Mehdiyev vurğulayıb ki, hesabat ili ərzində rəy toplanmış müraciətlərin sayı 5 milyona yaxındır.

"Bu, müraciətlərin 54 faizini təşkil edir. Rəylərə əsasən isə, məmnunluq səviyyəsi 99,3 faiz olub".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...