Vüsal Qasımlı Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri ilə görüşüb - TƏDBİR - FOTOLAR

Bu gün Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə biznes görüş həyata keçirib. SİA-nın məlumatına görə tədbirdə çıxış edən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İqtisadi İslahatların Təhlili Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, bu gün görüşdə əsas məqsəd Fransa iş adamlarının Azərbaycan iqtisadiyyatına artan marağı ilə əlaqədar olaraq bir sıra suallara aydınlıq gətiməkdən ibarətdir.

V.Qasımlı bildirib ki, Fransa hal-hazırda Avropa İttifaqının üçüncü, dünyanın isə yeddinci ən böyük iqtisadiyyatına malikdir və belə böyük miqyaslı bir iqtisadiyyatı təmsil edən iş adamlarının Azərbaycana maraq göstərməsi mühim əhəmiyyət kəsb edir. “Çünki Azərbaycanda 45 dən çox Fransa şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, xidmət sahələrində fəaliyyət göstərir. İndiyə qədər Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar Fransa sərmayəsi qoyulub. Lakin Fransa şirkətlərinin Azərbaycana marağını cəlb etmək imkanı daha çoxdur. Hal hazırda dünyanın 500 ən böyük şirkətinin 28-i Fransada yerləşir və onlar müxtəlif sahələrdə dünya liderləridir”.

V.Qasımlı vurğulayıb ki, Fransa şirkətlərinin sahibləri ilə bu cür görüşlərin keçirilməsi Azərbaycana Fransa kapitalının axınını təmin etmək deməkdir. “Digər tərəfdən isə bu Azərbaycana yeni texnologiyaların gətirilməsi və insan kapitalının inkişafı, yeni iş yerlərinin yaradılması, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının artırılmasına da dəstək verəcəkdir. Bir faktı da qeyd etmək istərdim ki, Azərbaycan Cənubi Qafqazda Fransanın ən böyük ticarət partnyorudur və Cənubi Qafqazda olan ticarət dövriyyəsinin 3/2-si Azərbaycana məxsusdur. Ötən il Azərbaycan ixracında Fransanın payı 3 faiz, idxalımızda isə Fransanın payı 2,1 faiz olub. Lakin Azərbaycanın Fransaya ixrac imkanı təkcə xam neft deyil, həmçinin şərab, kənd təsərrüfatı məhsulları, meyvə, tərəvəz, fındıq və bu kimi məhsullardır və bu istiqamətdə danışıqlar gedir. Bugünkü görüşdə də Azərbaycan məhsullarının Fransa bazarlarına ixracı ilə bağlı olacaqdır. Get-gedə Azərbaycan ixracı bu istiqamətdə daha da artacaqdır”.

İşgüzar görüş sual-cavab sessiyası ilə davam edibş Vüsal Qasımlı auditoriyadan gələn sualları cavablandırıb. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...