Çərşənbə günü Uhan koronavirusunun yayılması xəbərindən və tədarükün həddən artıq çox olduğu bir bazarda tələbin azalmasına səbəb ola biləcəyi qorxusundan sonra neft qiymətləri cümə axşamı günündən azalmaqda davam edir. SİA İnterfaksa istinadən xəbər verir ki, Moskva vaxtı ilə 8:12-də ICE London birjasında Brend markalı neft ucuzlaşaraq bir barreli 62.29 dollara satılıb.

"Koronavirus epidemiyasının turizmə, ticarətə mane olacağına və neft tələbatına təzyiq göstərəcəyinə dair narahatlıqlar həqiqətən mövcuddur", deyə Sinqapurdakı “Vanda Insights Konsaltinq” şirkətinin təsisçisi Vandana Hari bildirib.
Xatırladırıq ki, Çinin Uhan şəhərində pnevmoniyanın yayılması 2019-cu il dekabrın ortalarında başlamış, səbəb isə əvvəllər məlum olmayan koronavirus hesab olunur. Yanvarın 23-də Çinin Səhiyyə Problemləri üzrə Dövlət Komitəsi, koronavirusun səbəb olduğu sətəlcəm xəstələrinin sayının 571 nəfərə yüksəldiyini bildirib. Artıq 17 xəstənin öldüyü bildirilir. Çin hakimiyyəti xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görür.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri koronavirusun sabit növü ilə bağlı hələ bir nəticə verməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...