"2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”

"2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”

“Azərbaycana 2012-2014-cü illərdə Çin istehsalı olan bəzi avtomobillər gətirilib ki, onlar da yalnız asfaltsız-betonsuz yollar üçün nəzərdə tutulub. Amma bu maşınlar asfalt yollarımızda hərəkət edərək infrastukturu məhv edib”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Amma indi həmin avtomobilləri yollarımızda görmək elə də mümkün deyil. Əsasən 2015-ci ildən sonra istehsal edilən Çin avtomobilləri artıb”, - o qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə