“Brent Crude Oil” markalı neftin qiyməti qalxıb

“Brent Crude Oil” markalı neftin qiyməti qalxıb

Qərbin Liviyadakı münaqişəyə hərbi müdaxiləsi fonunda Yəməndə hakimiyyət əleyhinə çıxışlar neftin qiymətində qeyri-stabilliyin göstəricisi hesab olunur. SİA-nın xəbərinə görə, London birjasında "Brent Crude Oil" markalı neft 0.1 dollar bahalaşıb. Bu markadan olan "qara qızıl"ın bir barelinin qiyməti 115,60 dollar təşkil edib.

 

Nyu-York birjasında isə "Light Sweet Crude Oil" markalı neftin bir barelinin qiyməti 0,01 dollar enərək 105,34 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə