Neftin qiyməti bahalaşdı

İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.

SİA-nın məlumatına görə, "Brent" markalı neftin qiyməti təxminən 3 faiz artıb.

Belə ki, səhər saatlarında birjalarda "Brent" neftinin qiyməti 68.25 dollar/barel təşkil edib.

Analitiklər yaxın günlərdə neftin qiymətinin yüksək olacağını proqnozlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə