Azərbaycanda ötən ilin noyabr ayı ərzində depozit və kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.
Hesabata görə, fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 2019-cu ilin dekabrın 1-nə 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% aşağı düşüb. Qeyd olunan müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib.
Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 2,74% azalaraq 8,87%, manatla kreditlər isə 0,17% azalaraq 16,96% olub.
İlin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb və cari il yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB