Xarici vətəndaşların bank kartları ilə əməliyyatları artıb
Bu ilin 11 ayı ərzində dünyanın 192 ölkəsindən Azərbaycana 2,9 milyon əcnəbi və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11% çox vətəndaşlığı olmayan şəxs gəlib. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bu barədə məlumat verilib.
Məlumata əsasən, cari ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3% artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları ötən ilin noyabr ayı ilə müqayisədə 18,5% artaraq 90,3 milyon manat təşkil edib.
Ümumilikdə, Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 2019-cu ilin yanvar-noyabr ayları ərzində 1 milyard 164 milyon manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB