“Azərkosmos” 41 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” 41 milyon dollarlıq xidmət ixrac edib

“Azərkosmos” ASC cari ilin 11 ayı ərzində, yəni 2019-cu ilin yanvar-noyabr aylarında 26 xarici ölkəyə 40,6 milyon dollar dəyərində xidmət (telekommunikasiya və optik xidmətlər) ixrac edib. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda bu barədə məlumat verilib.

Məlumata əsasən, cari ilin 11 ayı ərzində dövlət şirkətinin xidmət ixracından əldə etdiyi gəlir ümumi gəlirlərinin 89%-ni təşkil edib.

“Azərkosmos” talnız bu ilin noyabr ayında 19 xarici ölkəyə 3,1 milyon dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos” ASC -nin xidmətlərini, əsasən, ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq və Malayziya idxal edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə