Metanol ixracı 76% artıb

Azərbaycandan cari ilin 11 ayı ərzində, yəni, 2019-cu ilin yanvar-noyabr aylarında 63,5 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bu barədə məlumat verilir.

Məlumata əsasən, bu göstərici, ötən ilin analoji dövrü ilə müqayisədə 27,4 milyon dollar və ya 75,9% çoxdur.
Xatırladaq ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol zavodunda həyata keçirilir və bu zavod 2013-cü ildə istismara verilib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə