Polipropilen ixracı bir ildə 15 dəfəyə qədər artıb

Polipropilen ixracı bir ildə 15 dəfəyə qədər artıb

Azərbaycandan cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə 59,6 milyon ABŞ dolları dəyərində ilkin formalı polietilen ixrac edilib. SİA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayında bu barədə məlumat verilir.

Məlumata görə, bu ilin 11 ayı ərzində, yəni, cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 59,4 mln ABŞ dolları dəyərində ilkin formalı polipropilen ixrac edilib ki, bu da, ötən ilin analoji dövrü ilə müqayisədə 55,4 milyon dollar və ya 14,9 dəfə çoxdur.

Qeyd edək ki, polietilen və polipropilen Azərbaycanda "SOCAR Polymer" zavodunda istehsal edilir. Həmçinin xatırladaq ki, “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə