“Azərkosmos” ASC Türkiyənin aparıcı rəqəmsal televiziya yayım platforması olan “Digiturk” və mobil operatoru olan “Vodafone” şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. SİA qurumun azercosmos.az saytında yayımladığı məlumata istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Digiturk” şirkəti “Azerspace-1” peykinin tutumlarından istifadə etməklə Türkiyədə keçirilən futbol çempionatının oyunlarını yayımlayacaq. Həmçinin “Vodafone” şirkəti “Azerspace-1” peykinin resursları ilə data xidmətləri təklif edəcək.
Cari il ərzində “Turkcell” mobil operatoru və “Azərkosmos” arasında qurulan əməkdaşlıqdan sonra “Digiturk” və “Vodafone” şirkətləri ilə imzalanmış müqavilələr region üzrə Azərbaycanın telekommunikasiya peyklərinin effektiv fəaliyyətinin göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB