Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün, 25 dekabr tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50103976S dövlət qeydiyyat nömrəli, 170 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. SİA BFB-nin məlumatına istinadən xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 940 milyon 897 min 400 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 milyon AZN təşkil edib.
Notlar gələn il yanvarın 23-də ödəniləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə