Ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz”in payına düşür
Azərbaycanın ticarət dövriyyəsinin 8 milyard dolları “Yaşıl dəhliz” buraxılış sisteminin istifadəçilərinin payına düşür. SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib.
O bildirib ki, hazırda 505 hüquqi şəxs “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə edib. Ümumilikdə idxal əməliyyatlarının 25 faiz, ixrac əməliyyatlarının 27 faizi “Yaşıl dəhliz” istifadəçilərinin payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB