Bakıda “Ukrayna məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazası açılıb
Bu gün Bakıda “Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub. Ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib.
Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Ukrayna Məhsulları” ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır. Diqqətə çatdırılıb ki, gələn ilin fevralında Bakıda “Ukraynska Xata” adlı restoran da istifadəyə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB