OPEC+ neft hasilatını azaldacaqmı?

OPEC+ növbəti iclasda gündəlik neft hasilatında azalmanın genişəndrilməsi, gündəlik həcmin 1,6 milyon barelə qədər azaldılması məsələsinə baxacaq. SİA-nıln xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft naziri Tamir Gadbanın açıqlamasında deyib.

Nazirin sözlərinə görə, OPEC+ bu həftə Vyanada keçiriləcək iclaslarda neft hasilatını azaltmaq üçün sazişinin genişləndirilməsini nəzərdən keçirəcək.

İraqın neft nazirliyinin son məlumatına görə, ölkə noyabr ayında gündə orta hesabla 3,5 milyon barel neft ixrac edib.

Aparılan araşdırmaya görə, noyabr ayında ümumi neft hasilatı gündə 4,62 milyon barel təşkil edib.

Alyans ölkələri, sazişin taleyini müzakirə etmək üçün dekabr görüşlərinə başlayacaq. Belə ki, dekabrın 5-də OPEC + Nazirlər Monitorinq Komitəsinin iclası, daha sonra isə OPEC Konfransı ümumi iclası keçiriləcək. Dekabrın 6-da bütün OPEC ölkələri bir araya toplaşacaq.

Qeyd edək ki, OPEC və təşkilat xaricindəki bir sıra ölkələrin (OPEC +) neft hasilatının azaldılması ilə bağlı razılığı 2017-ci ilin əvvəlindən qüvvədədir. Razılaşma dəfələrlə uzadılaraq, şərtlər dəyişdirilib. 2018-ci ilin oktyabr ayından qüvvədə olan razılaşmaya əsasən, gündəlik neft hasilatı 1,2 milyon barel azaldılıb ki, bu razılaşma 2020-ci ilin mart ayının sonuna qədər qüvvədədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə