Bu il əhaliyə 7,4 milyard manatlıq ödənişli xidmət göstərilib

Bu il əhaliyə 7,4 milyard manatlıq ödənişli xidmət göstərilib

Yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,3 faiz artaraq 7 milyard 439,1 milyon manat olub. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 439,8 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,1 faizini təşkil edib.

On ayda hər bir ölkə sakini orta hesabla 751,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 26,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə