Yararsız məhsullar satışdan çıxarılıb

Yararsız məhsullar satışdan çıxarılıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda 4-cü mikrorayon, M.Cəlal küçəsi, 18A ünvanında yerləşən "Xəyyam market"də, 9-cu mikrorayon, ev 61 ünvanındakı "Kalva market"də, C.Hacıbəyli küçəsi, 39 ünvanında Əmrah Ağayevə məxsus mağazada, Nizami rayonunda R.Rüstəmov küçəsi, 3 ünvanında Elman Əbilova məxsus mağazada, K.Balakişiyev küçəsi, 8 ünvanında yerləşən "Bizim məhəllə market"də, Samux rayonunda Karayeri qəsəbəsində Samir Mustafayevə məxsus mağazada, Ağdaş rayonunda Maşad kəndində İsmayıl İsmayılova məxsus mağazada ümumi çəkisi 150 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə