"2020-ci ildə nəzərdə tutulan bütün layihələr yüksək səviyyədə icra olunacaq"

Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi Milli Məclisdə birinci oxunuşda təsdiq olunub. Bir neçə sahələr üzrə millət vəkilləri öz təkliflərini səsləndirib. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, 2020-ci ilə əsas götürülərək hesablanmış dövlət büdcəsi 2020-ci ildə iqtisadiyyatın hər bir sahəsində müəyyən artımlarla proqnozlaşdırılıb.

A.Badamov qeyd edib ki, ümumiyyətlə büdcənin gəlirləri 24 milyon manatdan çox, xərcləri isə 26 milyon manat müəyyənləşdirilib. “Elm xərcləri 193,7 milyon manat nəzərdə tutulub ki, bu da 2019-cu illə müqayisədə 4,1 faiz çoxdur. Müdafiə xərcləri 20,95 faiz, təhsilə ayrılan xərclər 38 faiz, səhiyyəyə ayrılan xərclər 31,3 faiz, kənd təsərrüfatına ayrılan xərclər isə 10,1 faiz çoxdur. Bu artım da təbii ki, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq kateqoriyalar üzrə müqaisədə yüksəkdir.

Millət vəkili vurğulayıb ki,digər sahələrlə yanaşı həm də sosial müdafiə sahəsində də 2019-cu ilə nəzərən 31,1 faiz çox maliyyə vəsaiti nəzərdə tutulub.Bütün bunlar onu deməyə imkan verir ki, 2020-ci ildə nəzərdə tutulan bütün layihələr, proqramlar yüksək səviyyədə icra olunacaq. əhalinin sosial vəziyyəti yaxşılaşacaq. Başlanmış əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılmış addımlar davamlı xarakter alacaqdır.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə