"İstilik maya dəyərindən ucuz satılır" ASC-nin sədr müavini
“Azərbaycanda əhaliyə verilən istiliyin satış qiyməti onun maya dəyərindən aşağıdır. Bu da xidmətin sosial əhəmiyyəti ilə əlaqədardır". SİA-nın verdiyi məlumata görə, bunu YAP İcra Katibliyində keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
O, ölkədə istilik tariflərinin artırılması ehtimalına da münasibət bildirib: “İstiliyin maya dəyəri ilə bağlı mütəmadi hesablamalar aparılır, amma bu, tariflərin artırılacağı ilə başa düşülməməlidir”.
İ.Mirzəliyev təmsil etdiyi qurumun özəlləşdirilməsinə məsələsinə də aydınlıq gətirib: “Heç bir biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB