"2020-ci ilin dövlət büdcəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir"

“2020-ci ilin dövlət büdcəsi layihəsi yeni vahid büdcə təsnifatına əsasən tərtib edilmiş ilk büdcədir. Növbəti ildən qüvvədə olacaq təsnifat dövlət maliyyəsinin beynəlxalq metodologiyaya uyğunlaşması istiqamətində uğurlu addımlardan biridir”. SİA-nın xəbərinə görə, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov noyabrın Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 2019-cu ilin ötən dövrü dünyada geosiyasi gərginliyin, mühüm iqtisadiyyatlarda artım tempnin səngidiyi dövr olub: “Lakin 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri müstəqilliyimiz dövründə ən yüksək rəqəmlərlə ifadə olunub”.

V. Gülmmədov söyləyib ki, ölkənin streteji hədəflərin müəyyən etməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər üçün maliyyə vəsaitinin ayrılması bir nömrəli funksiyadır.

Palata sədri qeyd edib ki, növbəti il həm mərkəzləşmiş, həm də yerli gəlirlərdə artım proqnozlaşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə