Şərq İqtisadi Konqresinin iştirakçıları bir neçə zavod və təhsil müəssisəsində olublar

Şərq İqtisadi Konqresinin iştirakçıları bir neçə zavod və təhsil müəssisəsində olublar

Polşanın Belostok şəhərində Şərq İqtisadi Konqresinin növbəti iclası keçirilir. İclasın iştirakçıları tədbir çərçivəsində bir neçə zavod və təhsil müəssisəsində olublar.

SİA xəbər verir ki, Polşa Ticarət Palatasının təşkil etdiyi görüşlərdə Azərbaycan, Albaniya, Avstriya, Belarus, Kanada, Çin və digər ölkələrdən olan iştirakçılar Lomjdakı Dövlət İnformasiya Texnologiyaları və Sahibkarlıq Universiteti, Belostok Texnoloji Universiteti və dünya brendləri üçün ehtiyat hissələri istehsal edən Biazet SA zavoduna baş çəkiblər.

Qonaqlara bildirilib ki, on il əvvəl yaradılmış və hazırda 1500-ə yaxın işçisi olan zavod bölgədə ən böyük işçi sayına malikdir. Zavod məişət texnikasında liderlər olan “Philips”, “Lavazza” və “Wagner” kimi dünya markaları üçün ehtiyat hissələri istehsal edir.

Xarici mütəxəssislər iş prosesi ilə də yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə