Cari ilin iyul ayında Azərbaycanda istifadədə olan bankomat və POS-terminalların sayı artıb. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən SİA-ya bildirilib ki, bankomatların sayı iyulda iyun ayına nisbətən 11 ədəd artaraq 2582-yə çatıb. Onların 1378 ədədi Bakıda, 1204 ədədi isə regionlarda quraşdırılıb
Həmçinin iyulda ticarət və xidmət sektorunda istifadə edilən POS-terminalların sayı 63 min 782 ədədə çatıb. Artım daha çox regionların hesabına baş verib. Əgər iyunda rayonlarda quraşdırılan POS-terminalların sayı 25 min 355 ədəd olubsa, iyulda bu rəqəm 25 min 643-ə çatıb.
Paytaxtda istifadə edilən POS-terminallar isə iyun ayına nisbətən 98 ədəd artaraq 38 min 139 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB