Hacıqabulun taxıl sahələrində məhsul yığımı davam edir. Hazırda zəmilərdə 54 kombayn işləyir. Gün ərzində 300-350 hektar sahənin taxılı toplanır. Qısa müddətdə 31 min 611 hektar taxıl sahəsindən 70 min 737 ton məhsul yığılıb. Biçin aparılmış arpa sahələrinin məhsuldarlığı 2,9 sentnerdir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 36 min 933 hektar sahədə taxıl əkilib, bunun da 11 min 8 hektarını arpa, 25 min 925 hektarını isə buğda sahəsi təşkil edir. Məhsulu qısa müddətdə toplamaq üçün rayonda biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 54 kombayn, 170-dək maşın mexanizm mülkiyyətçilərin istifadəsinə verilib.
Biçinə vaxtında başlayan əkinçilər artıq arpa biçinini başa çatdırıb, zəmilərdən 30 min 752 ton məhsul götürüblər.
Hazırda buğda sahələrinin məhsulu yığılır. İndiyədək 20 min 667 hektar sahədən 39 min 285 ton məhsul yığılıb. Rayon üzrə ən yüksək məhsuldarlığa Abdulabad kənd sakini Vilayət İsgəndərov nail olub. Fermer becərdiyi taxıl sahəsinin hər hektarından 50 sentner məhsul götürüb.
Rayonda taxıl biçini yaxın günlərdə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB